Pəhriz üçün dadlı yeməklər


Digərləri 11 Avq 2018 08:55:00 336 0

Pəhriz üçün dadlı yeməklər

Hər bir pəhriz aclıq, halsızlıq və stress deməkdir. Xörəkləri tərəvəzlərlə əvəz edib, duzu, yağı, çörəyi rasiondan çıxartmaq isə ləziz yeməkləri xoşlayan insan üçün əsl dəhşətdir. Arıqlamaq naminə gecələr ac yatmaq insanın yuxusuna da haram qatır. Bu rejim işgüzar insanın fəaliyyətinə də mənfi təsir edir. Bəs elə isə dadlı yeməklərdən imtina etmədən, necə arıqlamaq olar? Saglamheyat.com  xarici mətbuata istinadən bir çox qidalardan imtina etmədən saxlaya biləcəyiniz pəhrizi təqdim edir.

Pəhrizin məqsədi:

Bu pəhriz arıqlamağı problem edib, nəfsini cilovlaya bilməyən, iradəsiz tənbəllər üçün nəzərdə tutulub. Dietik reseptlər:

Səhər acqarına meyvə yeyin, ya da istədiyiniz tərəvəzin şirəsini için.

Paştet:

Yağsız kəsmik və soyutma mal ətini maşından keçirib, 20 qr. süd ilə qarışdırın. Qarışığa xırda doğranmış şüyüd əlavə edib, zövqə görə duz və istiot tökün. Alınmış qarışığı istədiyiniz formaya salıb, süfrəyə verə bilərsiniz. Soyutma balığı və yumurtanı ət maşınından keçirib, qarışığa 2 xörək qaşığı süd və xırda doğranmış cəfəri əlavə edib, qarışdırıb, formaya salın.

Salat:

Kələmin yarpaqlarını yuyub, qurulayıb, qaynar dəmirin üzərində qızardın. Kənarda ağ, duzsuz və yağsız pendiri əzib, içinə krab çubuqları, doğranmış şüyüd və fındıq (badam) əlavə edib, qarışdırın. Duz və istiot çox az vurulur. Qarışıq kələmin içinə yerləşdirilib, bükülür və bir müddət soyuducuda saxladıqdan sonra süfrəyə verilir. İsti yemək:

Balığı doğrayıb, duzlayıb, üzərinə yarım limonun şirəsini sıxın. Bir stəkan suya töküb, bişirin. Başqa qazanda isə 50 qr. yuyulmuş düyüyə xırda doğranmış tərəvəzlər, yarım stəkan ət bulyonu və 1 stəkan su töküb bişirin. Düyünü balıqla birgə boşqaba çəkib, süfrəyə verin. Şirniyyatdan imtina edə bilməyənlərə: