Alimlərdən xərçəngə qarşı yeni dərman
Digərləri 11 Avq 2018 08:43:00 195 0
Avstraliyalı alimlər xərçəng hüceyrələrinin digər sağlam hüceyrələrə qovuşaraq çoxalmasının qarşısını alan yeni dərman icad ediblər.
Son.az Trend-ə istinadən bildirir ki, yeni dərman xərçəng hüceyrələrini "əbədi yuxuya qərq edir". Ancaq alimlər qeyd ediblər ki, yeni dərmanı heyvanlar üzərində artıq sınaqdan keçiriblər. İnsanlar üzərində təcrübə aparmaq üçün hələ tezdir.
"Nature" jurnalında yayımlanan bu təcrübə 10 il davam edib. Alimlərin fikrinə görə bu dərman ənənəvi xərçəng müalicəsinin səbəb olduğu yan təsirlərə malik deyil.
Mənbə: milli.az