Braziliyada zavodda partlayış: 30 nəfər xəsarət alıb


Dünya 11 Avq 2018 08:38:00 260 0

Braziliyada zavodda partlayış: 30 nəfər xəsarət alıb

Braziliyanın Minas-Jerays ştatında güclü partlayış baş verib, təxminən 30 nəfər yaralanıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Globo" telekanalı xəbər məlumat yayıb.

Bildirilib ki, hadisəyə səbəb qaz balonlarının partlaması olub. Güclü partlayış İpatinqanın bir çox rayonlarında eşidilib. Bütün zavod işçiləri evakuasiya edilib, yaralılar isə xəstəxanaya yerləşdirilib.