Azərbaycan neftinin Avropaya tədarükü üçün


Digərləri 11 Avq 2018 08:02:00 210 0

Azərbaycan neftinin Avropaya tədarükü üçün

Avrasiya neft-nəqliyyat dəhlizi Azərbaycan neftinin Avropaya tədarükü üçün ən rəqabətqabiliyyətli marşrutlardandır.

Son.az bildirir ki, bunu Trend-ə "Sarmatia" Beynəlxalq boru kəməri müəssisəsinin baş direktoru Sergey Skripka deyib.

Onun sözlərinə görə, Avrasiya neft-nəqliyyat dəhlizinin hələlik çatışmayan yeganə hissəsi Brodı-Plotsk neft kəməridir: "Bu layihə reallaşdırıldıqdan sonra Xəzər ölkələri neftin Avropa ölkələrinə tədarükü üçün yeni etibarlı marşrut əldə edəcəklər. Bu il biz layihənin texniki-iqtisadi əsaslandırılmasını həyata keçirmişik. Əsaslandırmanın nəticələri onu göstərib ki, Avropada Xəzər regionundan Azərbaycan neftinin tədarükünə maraq mövcuddur. Layihəmiz tərəfindən təklif olunan marşrut digər mövcud marşrutlara münasibətdə rəqabətqabiliyyətlidir".