Azərbaycan nefti cüzi bahalaşdı


Digərləri 11 Avq 2018 08:03:00 224 0

Azərbaycan nefti cüzi bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 73,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,23 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 9-da 72,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,2 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 9-da 69,33 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.