3 yeni iPhone belə olacaq VİDEO


Digərləri 11 Avq 2018 08:05:00 204 0

3 yeni iPhone belə olacaq  VİDEO

Amerikalı məşhur İT bloqqer Marques Brownlee öz YouTube kanalında bu il Apple tərəfindən təqdim olunacaq 3 ədəd iPhone modelinin əks olunduğu videonu paylaşıb.

Son.az technote.az-a istinadən bildirir ki, bloqqerin sözlərinə əsasən onun əlində 5.8 inç OLED ekranlı iPhone X, 6.5 inç OLED ekranlı iPhone X Plus və 6.1 inç maye kristalik ekranlı iPhone 2018 modellərinin dəqiq maketləri var. Məlumata əsasən bu ilki iPhone modellərinin ekranlarında olacaq çıxıntı hissə eyni ölçüdə olacaq. İlk iki iPhone modeli öz aralarında sadəcə olaraq ekran ölçüsünə görə fərqlənəcək. Onlar qızılı, ağ və qara rənglərdə satışa çıxacaqlar. 6.1 inç maye kristallik ekrana sahib büdcəli iPhone modeli isə daha çox rəng variantında təqdim olunacaq. Bununla yanaşı büdcəli model bir ədəd arxa kamera, şüşədən hazırlanmış korpus və Face ID texnologiyası ilə təchiz olunacaq. Son.az

Videonu izləmək üçün şəklə klikləyin: