Çində Sibir xorasına 14 nəfər yoluxdu


Dünya 11 Avq 2018 08:08:00 237 0

Çində Sibir xorasına 14 nəfər yoluxdu

Çinin şimalında, Rusiya ilə sərhəddə yerləşən Heyluntszyan əyalətində Sibir xorası aşkar edilib.

Son.az Trend-ə istinadən bildirir ki, son günlərdə 14 nəfər bu xəstəliyə yoluxub.

Qeyd olunur ki, bir nəfər artıq xəstəxanadan buraxılıb, digərləri isə müalicəni davam etdirir.