Bakıda taksi işıqforun qırmızı işığından keçərək qəza törədib, xəsarət alanlar var - FOTO


Sosial 11 Avq 2018 00:07:53 268 0

Bakıda taksi işıqforun qırmızı işığından keçərək qəza törədib, xəsarət alanlar var  - FOTO

Xəsarət alanlar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Nəsimi rayonunda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib.

Belə ki, Büllbül prospekti ilə hərəkətdə olan taksi fəaliyyəti ilə məşğul olan 90-XL-035 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilinin sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman "Mercedes"-in sürücüsü idarəetməni itirərək Füzuli küçəsində işıqforun yaşıl işığından keçən "Vaz 2107"-ə çırpılıb.

Avtomobilin içərisində olan ailənin üç üzvü yüngül bədən xəsarətləri alıb.

Hər üç şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.