Qocalma əleyhinə preparat hazırlandı


Digərləri 10 Avq 2018 23:54:00 236 0

Qocalma əleyhinə preparat hazırlandı

Britaniya alimləri mitoxondrilərdə əsas qocalma proseslərini dayandırmağa imkan verən preparat hazırlayıblar.

Son.az "ICTnews"a istinadən xəbər verir ki, Ekster Universitetinin mütəxəssisləri yeni AP39, AP123 və RT01 birləşmələrinin laboratoriya sınağını keçirərək onları qan damarlarının daxili səthini örtən endotel hüceyrələrdə yoxlayıblar. Tədqiqat nəticəsində alimlər hüceyrələrin qocalmasını azaldaraq bölünməyən "yaşlı" hüceyrələrin sayını 50 faiz aşağı sala biliblər.

Məlumata görə, effekt AP39, AP123 və RT01 preparatlarının hidrogen sulfidi mitoxondriyə çatdıraraq qoca və zədəli hüceyrələrə uzunmüddətli fəaliyyət və qocalma proseslərinin zəifələdilməsi üçün lazımi enerjini hasil etməyə köməyi sayəsində mümkün olub.