Alimlərdən xərçəngə qarşı yeni dərman


Digərləri 10 Avq 2018 23:49:00 272 0

Alimlərdən xərçəngə qarşı yeni dərman

Avstraliyalı alimlər xərçəng hüceyrələrinin digər sağlam hüceyrələrə qovuşaraq çoxalmasının qarşısını alan yeni dərman icad ediblər.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, yeni dərman xərçəng hüceyrələrini "əbədi yuxuya qərq edir". Amma alimlər qeyd ediblər ki, yeni dərmanı heyvanlar üzərində artıq sınaqdan keçiriblər. İnsanlar üzərində təcrübə aparmaq üçün hələ tezdir.

"Nature" jurnalında yayımlanan bu təcrübə 10 il davam edib. Alimlərin fikrinə görə bu dərman ənənəvi xərçəng müalicəsinin səbəb olduğu yan təsirlərə malik deyil.