Maddələr mübadiləsini sürətləndirən beş vərdiş


Digərləri 10 Avq 2018 23:39:00 258 0

Maddələr mübadiləsini sürətləndirən beş vərdiş

Maddələr mübadilənizi sürətləndirmək və gün ərzində 200-500 kalori artıq sərf etmək istəyirsinizsə, onda hər səhər bu beş sadə hərəkəti edin. Artıq bir həftə sonra nəzərəçarpacaq fərqin şahidi olacaqsınız.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, səhər gimnastikası təkcə gümrahlıq və yuxudan ayılmağın sınanmış üsulu deyildir, həm də metabolizmi hərəkətə gətirən güclü motordur.

Məhz səhər məşqləri maddələr mübadiləsini qızışdırır. Nəticədə orqanizm gün ərzində piyləri xüsusi intensivliklə parçalayaraq enerjiyə çevirir.

Açıq havada səhər gimnastikası daha səmərəlidir, çünki məhz səhər saatlarında günəş işığı metabolizmi stimullaşdırır. Səhərlər cəmi 20 dəqiqə fiziki fəallıq bədəninizi piyləri parçalayıb enerji əmələ gətirən kiçik, amma çox səmərəli "zavoda" çevirir.

Əgər orqanizminizin gün ərzində 200 kalori artıq sərf etməsini istəyirsinizsə, səhər gimnastikasına 2,5 dəqiqəlik intensiv fiziki hərəkətlər daxil edin. Məsələn, qısa məsafəyə son sürət həddində qaçış, iplə tullanma, yaxud döşəmədə qollar üzərində dartınma. Cəmi-cümlətani 2,5 dəqiqə. Nəticədə orqanizminiz gün ərzində piy ehtiyatı toplamaqla deyil, onu sərf etməklə məşğul olur. Əsl möcüzədir!