Anna Netrebko və Yusif Eyvazov BuenosAyresdə konsert proqramı ilə çıxış edəcəklər


Kriminal 10 Avq 2018 23:18:00 333 0

Anna Netrebko və Yusif Eyvazov BuenosAyresdə konsert proqramı ilə çıxış edəcəklər

Rusiyanın xalq artisti Anna Netrebko (soprano) və Azərbaycanın xalq artisti Yusif Eyvazov (tenor) avqustun 12-də və 15-də Buenos-Ayresdə Kolon Teatrında konsert proqramı ilə çıxış edəcəklər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, konsertdə C.Verdi, R.Leonkavallo, Cakomo Puççini və P.Maskanyinin əsərləri səsləndiriləcək.

Dünya operasının ulduzu A.Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.