Roma imperatorlarına qarşı suiqəsdlə bağlı qəribə hipotez irəli sürülüb


Digərləri 10 Avq 2018 23:01:00 291 0

Roma imperatorlarına qarşı suiqəsdlə bağlı qəribə hipotez irəli sürülüb

Qədim Romada imperatorlar tez-tez ölüm təhlükəsi ilə qarşılaşıblar. İmperiyanın son 500 ilində 82 imperatorun 20 faizinə sui-qəsd təşkil olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tarixçi alimlərin tədqiqatları zamanı bu sui-qəsdlərin əsas səbəbinin quraqlıq olduğu hipotezi irəli sürülüb. Kanadanın Ontario Universitetinin professoru Kornelius Kristian bu qəribə sindromu belə izah edib: "Yağışların az olduğu quraqlıq şəraitində Roma əsgərlərini ərzaqla təchiz edən yerli fermerlər onları ac qoyurdu. Bu vəziyyətdə legionerlər arasında qiyam əhval-ruhiyyəsi güclənirdi. Yaranmış şəraitdən istifadə edən ordu rəhbərliyi isə imperatora qarşı sui-qəsd hazırlayırdı".

Professor Kristian bu versiyanı əsaslandırmaq üçün Fransa və Almaniya ərazisindən tapılan daşlaşmış ağac qurularını laboratoriya şəraitində analiz edərək son 2500 ildə hər bahar fəslində millimetrə nə qədər yağış yağdığını müəyyənləşdirməyə çalışıb. Bu ərazilər qədim Roma əsgərlərinin ən böyük dislokasiya məkanı olub. Beləliklə, kanadalı alim əsgərlərin qiyamı və imperatorlara sui-qəsdlərin tarixlərini tutuşdurub. Məlum olub ki, əksər hallarda quraqlıqla sui-qəsdlərin tarixləri üst-üstə düşür. Kornelius Kristian deyib: "Eramızın 69-cu ilində imperator Avl Vitelliy imperiya ərazisində quraqlıq və aclıq olduğu zaman öz əsgərləri tərəfindən sui-qəsdə məruz qalıb. Maraqlıdır ki, hökmdarların qətlə yetirilməsi tam əks səbəblərdən də baş verib. Məsələn, eramızın 192-ci ilində Avreliy Kommoda qarşı sui-qəsdin səbəbi legionerlərin çoxlu yeməkdən harınlayıb imperatora qarşı çıxmaları olub".