"Kişiliyə yaraşan hərəkət deyil"


Şou-biznes 10 Avq 2018 22:55:00 226 0

"Kişiliyə yaraşan hərəkət deyil"

"Bəşəriyyətin gələcəyi ümumi və birmənalı ola bilməz. Çünki o qərbə, şərqə, cənuba və şimala bölünür. Qərb və şərq təfəkkürü fərqlidir. Qərb heç vaxt şərq, şərq isə heç vaxt qərb olmayacaq. Qərb düşüncəsi dünyaya yayıldığı halda bizi işıq və böyük gələcək gözləyir: həm elmdə, həm texnologiyada, həm də təhsildə".

Son.az bildirir ki, bu sözləri publika.az-ın "Üç nöqtə" layihəsinə danışan aparıcı Kamran Həsənli deyib. Tanınmış aparıcı layihəmizin yarımçıq qalmış bəndlərinə dərin cavablar verib.

- İndiki ağlım olsaydı...

- Güman edirəm ki, indiki ağlımla da keçmişdə yol verdiyim səhvləri yenidən təkrarlayardım. Çünki insan həyatda yaşadığı bir çox səhvləri analiz edir, amma zaman-zaman yenidən eyni səhvlərə yol verir.

- Ən böyük səhvim o olub ki...

- Səhvsiz həyat olmur, lakin indi durub onları bir-biri mətbuata açıqlamaq niyyətim yoxdur.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Məncə, yaş kompleksi bütün xanımlarda, o cümlədən kişilərdə də var. Elə cəmiyyətlər var ki, orada yaşlıya sevgi və hörmət həqiqidir. Elə cəmiyyətlər də var ki, orada yaşlı insanlara hörmət sadəcə sözdədir. Ağsaqqal və ağbirçəklərə qarşı sevginin və hörmətin yalnız sözdə olduğu cəmiyyətlərdə insanlar öz yaşlarını gizlətməyə üstünlük verir. "Qadından yaş soruşmazlar" fikrini Avropa dəbə gətirmişdi, son 20-25 ildə bu qayda köhnəlib, öz aktuallığını itirib. Artıq insanlar öz yaşlarını gizlətmilər və yaşadığı ömürlə fəxr edirlər.

- Seviləsi qadın olmağın əsas şərti...

- Xüsusi formula yoxdur. Kişilər müxtəlifdir, qadınların da müxtəlif xüsusiyyətləri onları özünə çəkə bilər. İnsanlıq, səmimiyyət, sevmək bacarığı, vəfa və s. Əslində hamısını sadalamağa ehtiyac duymuram, hesab edirəm ki, nəinki kişilər, biz hamımız bir-birimizdə insani keyfiyyətlərə dəyər veririk.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Bu, çox dərin, geniş və saatlarla müzakirə olunacaq mövzudur. Qısaca cavabım belə olardı: məncə, elə bir qadın yoxdur.

- Qadına qarşı şiddət...

- Qadına qarşı şiddət kişiliyə yaraşan hərəkət deyil. Sevdiyin xanım sənin həm sevgilin, həm həyat yoldaşın, həm də övladındır. Sevib-seçdiyimiz xanımlara qarşı bu üç münasibətin üçünü də göstərməliyik. Şiddət isə əclaflıqdan başqa heç nə deyil.

- Vicdan...

- Vicdan Allahın özüdür, içimizdə olan səsdir. Dahi şarimiz İmadəddin Nəsimi, ondan əvvəl yaranmış Tenqriçilik (tanrıçılıq) dini irəli sürürdü ki, Allahı göydə, tikdiyimiz hansısa binalarda, məscidlərdə, kilsədə və ya sineqoqlarda axtarmaq lazım deyil, O, bizim qəlbimizdədir. Vicdan - insana düz yol göstərən Allahın səsidir, əsas odur ki, onu eşidə biləsən.

- Təəssüf edirəm ki...

- Məyus olduğum o qədər hallar var ki, bilmirəm açıqlayım, ya yox. Məsələn, tez-tez təəssüflənirəm ki, niyə 16-cı əsrin ortalarında, Şah İsmayılın və Şah Abbas kimi güclü sərkərdələrin yaşadığı dövrdə doğulmamışam. Səfəvilər dövləti tarixdə ən güclü dövlətlərindən biri olub, o dövrün düşüncə tərzi və idealogiyası məni çox cəlb edir.

- Vanqa nənə ilə görüşsəydim...

- Heç nə soruşmazdım, ümumiyyətlə, belə adamlara inanmıram. Vanqa haqqında olan bütün əfsanələr yalandır. O, gələcək haqqında heç nə bilmirdi.

- Küsülü olduğum insana demək istəyirəm ki...

- Küsülü olduğum insan yoxdur. Xoşuma gəlməyən və ya həyatımdan silmək istədiyim biri varsa da, ona heç nə deməzdim, görməzdən gələrdim. Çünki nəsə deməyimin heç bir mənası yoxdur.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Allah yaratdığı bütün insanları sevir, yetər ki, onlar özləri bir-birinə zülm verməsin, pislik etməsinlər. Tənhalıq həyatda ən böyük faciədir. Sevdiyimiz insanlar olmadan yaşamağa davam etmək dəhşət və həyatın bitməsi deməkdir.

- Unuda bilmədiyim insana demək istərdim ki...

- Unuda bilmədiyim insan - həyat yoldaşımdır və o, indi yanımdadır. Sözüm olanda özünə deyirəm (gülür).

- Kiminsə yalan danışdığını hiss edəndə...