Ali məktəblərə builki keçid balları: onlar aşağı salına bilər? VİDEO


Digərləri 10 Avq 2018 22:00:00 295 0

Ali məktəblərə builki keçid balları: onlar aşağı salına bilər?  VİDEO

Ötən illə müqayisədə bu il ixtisas qrupları üzrə plan yerlərinin sayı artırılıb. Bu isə bu il imtahan verən abituriyentlər üçün seçim şansını artırır.

Son.az bildirir ki, keçən ilki plan yerlərindən fərqli olaraq bu il birinci ixtisas qrupu üzrə 670, ikinci qrup üzrə 471, üçüncü qrup üzrə 832, dördüncü qrup üzrə isə 95 yer artırılıb. 1-ci, 3-cü və 4-cü qruplar üzrə keçid balını keçən abituriyentlərin sayı plan yerlərindən çoxdur. Bu qruplar üzrə ixtisas seçərkən abituriyentlər xüsusən diqqətli olmalıdırlar.İkinci qrup üzrə isə vəziyyət fərqlidir.

Ekspertlərin fikrincə, abituriyentlərin nəticələrinə uyğun olaraq bəzi qruplar üzrə keçid balları qalxa bilər.

Keçid balını keçməyən abituriyentlər də təəssüflənməsin.Onlar da müvafiq ixtisaslar üzrə seçim edə bilərlər.