Məşhur repçi İspaniyada qarət olunub


Digərləri 10 Avq 2018 21:45:00 539 0

Məşhur repçi İspaniyada qarət olunub

İspaniyada "Despacito" hitinin ifaçılarından biri olan və "Daddy Yankee" ləqəbi ilə tanınan repçi Ramon Luis Ayyal Rodriqesin təqribən 2 milyon avro dəyəri olan bəzək dəsti oğurlanıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Valensiya şəhərindəki mehmanxanalardan birində baş verib.

Özünü Rodriqesə otelin əməkdaşı kimi təqdim edən oğru ondan zinət əşyalarının saxlandığı seyfi açmağı xahiş edib.

Qeyd olunur ki, artistin otağından həmçinin 2,5 min dollar nağd pul da yoxa çıxıb.