Yeni proqram təminatı müəssisələri əlavə reallıqda idarə edəcək


Digərləri 10 Avq 2018 21:49:00 518 0

Yeni proqram təminatı müəssisələri əlavə reallıqda idarə edəcək

"Schneider Electric" elektrotexnika konserni müəssisələrin əlavə reallıqda idarə olunması üçün proqram təminatı təqdim edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "EcoStruxure Augmented Operator Advisor" adlanan həll real vaxt rejimində funksiyaları yoxlamağa, vəziyyəti təhlil etməyə və ya avadanlıq sənədlərini öyrənməyə imkan verərək operator və texniki mütəxəssislər üçün lazımi informasiyanı dərhal əldə etməyə şərait yaradır.

Şirkətin nümayəndələrinin sözlərinə görə, bunun sayəsində yeni proqram təminatı istehsal proseslərini optimallaşdırmağa və əməliyyat xərclərini azaltmağa kömək edir.

Bildirilir ki, yeni həll avadanlığın dayanma vaxtını azaltmağa imkan verir - elektrotexniki şkafı virtual açmaq və içindəkilərin vəziyyətinə baxmaq üçün iş proseslərini dayandırmağa ehtiyac yoxdur.