Almaniyada gənc əhalinin sayı azalır


Dünya 10 Avq 2018 21:36:00 498 0

Almaniyada gənc əhalinin sayı azalır

Almaniyada 2006-2016-cı illər ərzində 14-17 yaş qrupundakı gənclərin sayında təxminən 470 min nəfər azalma müşahidə olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına əsasən, 2006-cı ildə ölkə əhalisinin 4,4 faizini təşkil edən 14-17 yaş qrupundakı gənclərin sayı 2016-cı ilin sonunda 3,8 faizə qədər azalıb.

Əhali sayına görə (82 milyon 850 min nəfər) Avropa İttifaqının ən böyük üzvü olan Almaniya vətəndaşları getdikcə yaşlanır. Destatis-in hələ 2015-ci ildə apardığı analizdə ölkədə yaşı 65-dən yuxarı olan insanların sayının artacağı vurğulanırdı. Belə ki, 2013-cü ildə Almaniyanın 80,7 milyonluq əhalisi arasında sayı 20 milyona çatan bu qrupun 2060-cı ildə 67,6 milyonluq əhalinin 33 milyon nəfərini təşkil edəcəyi proqnozlaşdırılır.