Mustafa Sandal keçmiş arvadı ilə dalaşdı FOTO


Digərləri 10 Avq 2018 21:17:00 545 0

Mustafa Sandal keçmiş arvadı ilə dalaşdı  FOTO

10 illik ailə həyatını nöqtələyən Mustafa Sandal və Əminə Yahoviç boşandıqdan sonra ilk dəfə bir lüks qayıqda üz-üzə gəliblər.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, cütlük mübahisə edib. Hadisə Bozburun səmtində baş verib. Səhər saatlarında qayığa ayrı-ayrı gələn tərəflər gərgin mübahisə ediblər.

Qayığın yuxarı mərtəbəsində oturan və telefonu bir an da olsun əlindən yerə qoymayan Əminənin yanına Mustafa yaxınlaşıb. Bu isə daha da gərginliyə səbəb olub. Ayağa qalxan və əsəblərini cilovlaya bilməyib əl hərəkətləri edən Yahoviç keçmiş ərini təhdid edib.


Xəbərə aid fotolar