"MİR 24" telekanalı: Bakı rusiyalıların yay istirahəti üçün MDBdə ən populyar şəhərə çevrilib VİDEO


Digərləri 10 Avq 2018 20:44:00 311 0

"MİR 24" telekanalı: Bakı rusiyalıların yay istirahəti üçün MDBdə ən populyar şəhərə çevrilib  VİDEO

"MİR 24" telekanalının Azərbaycana həsr etdiyi süjetdə turistləri Odlar Yurduna cəlb edən amillərdən danışılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, süjetdə Bakının rusiyalıların yay istirahəti üçün MDB-də ən populyar şəhərə çevrildiyi qeyd olunur. Azərbaycan paytaxtını bu mövsümdə artıq 1 milyondan çox turist ziyarət edib. Bakının vizit kartı - İçərişəhərdir. O, turistləri qədim Şərq arxitekturasına məxsus orijinallığı ilə cəlb edir.

Turistlərdən biri deyir: "Şərq ilə Avropanın harmoniyası belədir: Bakı qədim, eyni zamanda, müasir şəhərdir. Bununla da həmişə diqqət çəkir".

Bakıda ən məşhur yerlərdən biri Kiçik Qala küçəsidir. Burada A.Qaydayın "Brilyant əl" komediyasının epizodu çəkilib. Səyahətçilərin əksəriyyəti Qız Qalasını görmək üçün Bakıya səfər edir. Ağzının dadını bilən turistləri Bakıda milli mətbəx və Qafqaz qonaqpərvərliyi cəlb edir.

"Təkcə evində qonaq olduğumuz dostlarımızın deyil, həm də burada yaşayan bütün insanların qonaqpərvərliyi hər şeydən çox xoşuma gəldi. Hətta yolu soruşduqda belə hamı rus dilində cavab verir, rus dilində danışır", - deyə digər turist bildirib.

Turizm sahəsi üzrə ekspert Eduard Şalonosov MDB ölkələrinin rusiyalı turistləri nə ilə cəlb etdiyi barədə fikirlərini "MİR 24" telekanalı ilə bölüşüb.


Xəbərə aid fotolar