Çempionlar Liqasında mövsümün ən yaxşısı adına namizədlər


İdman 10 Avq 2018 20:44:00 322 0

Çempionlar Liqasında mövsümün ən yaxşısı adına namizədlər

Çempionlar Liqasında 2017/18 mövsümünün çıxış etdiyi mövqeyinə görə ən yaxşı oyunçusu adına namizədlərin siyahısı açıqlanıb.

Goal.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, namizədlər aşağıda adları qeyd olunan futbolçlardır:

Ən yaxşı qapıçı: Canluicci Buffon (Juventus / PSG), Alisson (Roma/ Liverpul), Keylos Navas (Real).

Ən yaxşı müdafiəçi: Marselo, Serxio Ramos, Rafael Varan (hamısı Real).

Ən yaxşı yarımmüdafiəçi: Toni Kroos, Luka Modriç (hər ikisi Real), Kevin de Brüyne (Manchester City)

Ən yaxşı hücumçu: Lionel Messi (Barcelona), Kriştiano Ronaldo (Real / Juventus), Məhəmməd Salah (Liverpool).

Səsvermə ötən mövsüm qrup mərhələsində iştirak etmiş komandaların baş məşqçiləri və Avropa İdman Nəşriyyatı Assosiasiyası tərəfindən seçilmiş jurnalistlər arasında aparılacaq. 

Qeyd edək ki, qalibin adı avqustun 30-da Monakoda keçiriləcək ÇL-in qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.