Məşqçi: Qarşıda bizi "GymBala" bədii gimnastika üzrə beynəlxalq turniri gözləyir


Digərləri 10 Avq 2018 20:26:58 236 0

Məşqçi: Qarşıda bizi "GymBala" bədii gimnastika üzrə beynəlxalq turniri gözləyir

"Ocag Sport" klubunun məşqçisi Elnarə Hüseynova 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyində çıxış edən yetirmələrinin nəticələrindən çox xoşbəxtdir.

Bakı. Cani Babayeva - "Ocag Sport" klubunun məşqçisi Elnarə Hüseynova 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyində çıxış edən yetirmələrinin nəticələrindən çox xoşbəxtdir. Məşçi Trend-ə deyib: "Qızlara görə sevinirəm, amma daha da çox çalışmalıyıq. Bir həftə sonra bizi "GymBala" bədii gimnastika üzrə beynəlxalq turniri gözləyir. Digər ölkələrin iştirakçıları ilə mübarizə aparacağıq, ona görə turnirə ciddi hazırlaşırıq". Elnarə Hüseynova Azərbaycan Gimnastika Federasiyasına müsabiqələrin təşkil edilməsi və Milli Gimnastika Arenasında gənc gimnastların çıxışına şərait yaradıldığına görə minnətdarlığını bildirib. Məşqçi qeyd edib ki, Azərbaycanda uşaqlar arasında bədii gimnastika sahəsinə maraq olduqca böyükdür və gənc idmançıların sayı da bunu təsdiq edir.