Bədii gimnastika üzrə Azərbaycan çempionatında mükafatlandırma mərasimi keçirilib


Digərləri 10 Avq 2018 18:29:00 383 0

Bədii gimnastika üzrə Azərbaycan çempionatında mükafatlandırma mərasimi keçirilib

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, yarışların birinci günündə 2008, 2009 və 2010-cu il təvəllüdlü gimnastların çıxışları başa çatıb.

2008-ci il təvəllüdlü gimnastlar arasında birinci yeri "Ocaq Sport" klubunun nümayəndəsi Nərminə Bayramova tutub. İkinci yerdə Bakı Gimnastika Məktəbinin idmançısı Leyli İsmayılova, üçüncü yerdə "Ocaq Sport"un digər gimnastı Tahirə Tağıyeva qərarlaşıb.