Sumqayıt-da qapıçı problemi


İdman 10 Avq 2018 18:22:00 310 0

Sumqayıt-da qapıçı problemi

Azərbaycan Premyer Liqasının I turu çərçivəsində Neftçi-nin qonağı olacaq Sumqayıt qapıçı problemi ilə üzləşib.

Goal.az xəbər verir ki, Sumqayıt şəhərinin eyni adlı təmsilçisi bir qolkiperin – Mehdi Cənnətovun ümidinə qalıb. Fərhad Vəliyevin karyerasını başa vurması, baxışda olan Andrey Popoviçin isə bəyənilməyərək geri qaytarılması işləri çətinə salıb.

Hazırda namizədləri gözdən keçirən “Sumqayıt” mövsümün açılış oyununa qədər bir qapıçı sifariş verməyə çalışacaq. Baş məşqçi Nazim Süleymanov baxışda olan rusiyalı hücumçu Sərdar Sərdarov barədə də qərar verməyə tələsmir.

Qeyd edək ki, Sumqayıt Neftçi-ni “Dalğa Arena”da qəbul edəcək. Matçın “Kapital Bank Arena”da baş tutmamasının səbəbi Sumqayıtdakı stadionun təmirə bağlanmasıdır. Avqustun 11-də keçiriləcək görüş saat 20:00-da başlanacaq. (report)