Vüqar Rəhimzadə: "DOST Agentliyinin yaradılması həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunələrindəndir"


Digərləri 10 Avq 2018 17:21:00 262 0

Vüqar Rəhimzadə: "DOST Agentliyinin yaradılması həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunələrindəndir"

"Bu gün Azərbaycan iqtisadiyyatının güclənməsi, maliyyə imkanlarının artması sosial islahatların davam etdirilməsinə və daha da genişləndirilməsinə imkan verir. Möhtərəm Prezidentimiz hər zaman qeyd edir ki, dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı, insan amili dayanır. Görülən işlər, həyata keçirilən uğurlu islahatlar xalqımızın sosial rifahının daha da yaxşılaşdırılmasına, vətəndaşlarımız üçün yüksək səviyyəli həyat şəraitinin yaradılmasına xidmət edir. "Sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biridir. Mən dəfələrlə demişəm ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən cənab Prezidentimiz İlham Əliyev sosial islahatların bundan sonra da davam etdiriləcəyini xüsusi olaraq bəyan edir. Hesab edirəm ki, dünyanın bəlkə də çox az ölkəsi olar ki, insanlara bu qədər diqqət və qayğı ilə yanaşılır, sosial siyasət dövlət strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Qürurla qeyd edə bilərik ki, Azərbaycan da bu ölkələr sırasındadır."

Son.az xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.