İstirahət günlərində səyahətə çıxanlar üçün


Digərləri 10 Avq 2018 17:24:00 231 0

İstirahət günlərində səyahətə çıxanlar üçün

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, avqustun 11-də qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Avqustun 12-də hava şəraitinin sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda  25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, hava şəraitinin arabir yağışlı olacağı, avqustun 12-də əsasən  yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında avqustun 11-i gündüz və 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.