Təcavüzdə ittiham olunan Türkiyə vətəndaşı ekstradisiya edildi


Kriminal 10 Avq 2018 16:43:00 280 0

Təcavüzdə ittiham olunan Türkiyə vətəndaşı ekstradisiya edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə qadına təcavüz etməkdə ittiham edilən, qanunsuz yolla Azərbaycana gəlib burada yaşayan Türkiyə vətəndaşı Sabri Sökmenin məhkəməsi keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə Azərbaycanda saxlanılan S.Sökmenin Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

Məhkəmədə məlum olub ki, S.Sökmenin 2011-ci ildə Türkiyədə bir qadına təcavüz edərək Azərbaycan qaçıb. Burada isə Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Türkiyə məhkəməsi isə onu 12 il müddətinə azadlıqdan məhrum edib və beynəlxalq axtarışa verib.