Palata: "Azərbaycanda xarici valyuta satışında məhdudiyyət yoxdur"


Digərləri 10 Avq 2018 16:25:00 251 0

Palata: "Azərbaycanda xarici valyuta satışında məhdudiyyət yoxdur"

"Azərbaycanda banklar tərəfindən xarici valyuta satışında heç bir məhdudiyyət yoxdur".

Son.az xəbər verir ki, bunu Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından bankların xarici valyuta satışını məhdudlaşdırmaları ilə bağlı yayılan informasiyanı şərh edərkən deyiblər.

Palatadan bildiriblər: "Maliyyə Bazarlarına Nəzarət Palatası banklara xarici valyuta satışını məhdudlaşdırmaqla bağlı heç bir göstəriş verməyib. Eyni zamanda bu məsələ ilə bağlı vətəndaşlardan şikayətlər daxil olmayıb".