Bu ailənin həyətyanı sahəsindən çıxan qeyriadi tapıntı


Digərləri 10 Avq 2018 16:29:00 270 0

Bu ailənin həyətyanı sahəsindən çıxan qeyriadi tapıntı

Əvvəl məişət əyşaları, indisə qəbir daşları. 

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Salyanın Qırxçıraq kəndində Mirişovlar ailəsinin həyətyanı sahəsində ortaya çıxan tapıntılar böyük marağa səbəb olub.

Qırxçıraq kəndində yaşayan Mirişovlar ailəsinin həyətyanı sahəsində ortya çıxan əşyalar sakinləri heyrətə gətirir. Əvvəllər ərazidən su nogurundan tutmuş çırağa qədər müxtəlif məişət əşyaları tapılırdısa, indi qəbir daşları ortaya çıxıb.

"Bu yaxınlarda həyətyanı torpaq sahəmizi şulayarkən kotana ilişdi daş. Çıxartdıq, qıraqları naxışlıdır, baş daşına oxşarlığı da var. Neçənci əsrə aiddir, onu bilmirik", - deyə təsərrüfat sahibi Anaxanım Mirişova bildirib. 

Mütəxəssislərin fikrincə, Mirişovlar ailəsinin həyətyanı sahəsində aşkar olunan maddi-mədəniyyət nümunələri təxminən orta əsrlərə təsadüf edilir.  


Xəbərə aid fotolar