Azərbaycan əhalisi ərzağa, içkilərə və tütün məmulatlarına 10 milyard manat xərcləyib


Digərləri 10 Avq 2018 16:21:00 214 0

Azərbaycan əhalisi ərzağa, içkilərə və tütün məmulatlarına 10 milyard manat xərcləyib

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 20,1 milyard manata bərabər olub.

Bakı. Elçin Mehdiyev - 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 20,1 milyard manata bərabər olub. Trend-in məlumatına götə, ticarət dövriyyəsinin 10,0 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,1 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,2 faiz üstələyib. Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,6 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.