Şamaxıda biçilmiş taxıl sahəsini yandırmaqda şübhəli bilinən


Digərləri 10 Avq 2018 16:00:00 242 0

Şamaxıda biçilmiş taxıl sahəsini yandırmaqda şübhəli bilinən

Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində 2 hektar biçilmiş taxıl sahəsində küləş yanıb. Yanğın söndürülüb, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib və onlar saxlanılıb.

Qeyd edək ki, son günlər biçilmiş taxıl sahələrini və digər əkin sahələrini yandıran 15 nəfər inzibati həbs edilib, daha 17 nəfər barəsində isə digər inzibati cəza tədbirləri görülüb.