Bakıda aldatma sxemi:


Digərləri 10 Avq 2018 16:04:00 284 0

Bakıda aldatma sxemi:

Bakıda sürücünün başına maraqlı hadisə gəlib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, motordan səs gəlməsindən şikayətlənən şəxs paytaxtdakı avtoservislərdən birinə müraciət edib. 

Diaqnostik yoxlamadan sonra sürücüyə avtomobilindəki çatışmazlıqlarla bağlı siyahı təqdim edilib. "Təmir"lə bağlı ona 3 600 manatlıq qəbz təqdim olunub. Sürücü ustanın "işinə" görə bu məbləği ödəməli olub. Ən təəccüblüsü isə, dələduz-usta motordakı səsin qarşısını ala bilməyib. 

Göstərdiyimiz hadisə yeganə hal deyil. 

Bununla əlaqədar sayta Bakıda avtomobilin təmirinin qiymətini artırmaq üçün dələduz-ustaların əl atdığı əsas üsulları öyrənib.

Hər gün Azərbaycanda yüzlərlə avtomobil diaqnostik baxış, təmir və xidmət üçün avtoservislərə və rəsmi dilerlərə müraciət edir. Bundan yan keçmək mümkün deyil. Məlumdur ki, gəlir gələn yerdə həmişə dələduzlar olur. 

Müxbirimizlə söhbətində avto-diaqnostika ilə məşğul olan Əli Cahangirov Bakıdakı bəzi avtoservislərdə sürücülərin aldadılma üsullarını açıqlayıb. 

Onun sözlərinə görə, avtoservislərdə təqdim olunan qəbzdə olan məbləği yüksək göstərmək üçün ən asan vasitə müştəriyə lazımsız təmiri və ya işləri sırımaqdır.

Bu, necə baş verir?

"Misal üçün, siz hansısa problemlə bağlı texniki mərkəzə gəlirsiniz. Ancaq diaqnostik baxışdan sonra usta bildirir ki, sizin maşınınızda təmiri vacib olan bir neçə problem var.