Şamaxıda biçilmiş taxıl sahəsini yandırmaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb


Digərləri 10 Avq 2018 15:53:00 242 0

Şamaxıda biçilmiş taxıl sahəsini yandırmaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb

Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində 2 hektar biçilmiş taxıl sahəsində küləş yanıb.

Bakı. Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində 2 hektar biçilmiş taxıl sahəsində küləş yanıb. Yanğın söndürülüb, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib və onlar saxlanılıb.