"Amrahbank" yeni 24/7 rejimində fəaliyyət göstərən Express filialının qapılarını müştərilərinin üzünə açdı


Digərləri 10 Avq 2018 15:45:02 352 0

"Amrahbank" yeni 24/7 rejimində fəaliyyət göstərən Express filialının qapılarını müştərilərinin üzünə açdı

“Amrahbank”ın Səbail rayonu, Xaqani küçəsi 31 ünvanında yerləşən 24/7 rejimli Express filialı fəaliyyətə başlayıb.

Bakı. “Amrahbank”ın Səbail rayonu, Xaqani küçəsi 31 ünvanında yerləşən 24/7 rejimli Express filialı fəaliyyətə başlayıb. Bankdan Trend-ə verilən məlumata görə, bu məqsədlə təşkil olunmuş açılış mərasimində Müşahidə Şurasının üzvü Fazil Hüseynov, Müşahidə Şurasının müşaviri Ülvi İldırmzadə, İdarə Heyətinin sədri vəzifəsini icra edən Leyla Məmmədbəyli, İdarə Heyətinin üzvləri, bankın əməkdaşları, qonaqlar, müştərilər iştirak edibər. Açılış mərasimində çıxış edən İdarə Heyətinin sədri v.i.e. L.Məmmədbəyli bildirdi ki, “Amrahbank” ın yeni qəbul olunmuş modern inkişaf strategiyasına müvafiq olaraq açılan Express filialı bankın tarıxində ilk dəfə olaraq 24 saat, 7 gün rejimində fəaliyyət göstərəcəkdir. Hesab edirik ki, açılan yeni filialımız təkcə paytaxtımızın sakinlərini deyil, eyni zamanda şəhərimizin qonaqlarını və turistlərinin də rahatlığını təmin edəcək. Mərasimdə çıxış edən qonaqlar və bankın əməkdaşları açılış ilə bağlı öz ürək sözlərini bildirdilər, yeni filialın fəaliyyətinə uğurlar arzu ediblər.