Azərbaycan dənizdə taktiki döyüş təlimlərinə başladı


Digərləri 10 Avq 2018 15:12:00 283 0

Azərbaycan dənizdə taktiki döyüş təlimlərinə başladı

Dövlət Sərhəd Xidmə­tinin (DSX) silahlı birləşmələri tərəfindən "Xəzər dənizinin Azərbaycan Res­publikasına mənsub bölməsində təhlükəsizliyin təmin edilməsi" möv­zusunda taktiki döyüş təliminə start verilib.

DSX-dən Son.az-a verilən məlumata görə, Xəzər dənizində Azərbaycan Respublikasının dövləti maraqlarının qorunması imkanlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimin əsas hədəfləri aşağıdakılardlr:

- Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infras­trukturunun, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili;

- dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdiril­məsi;

- sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, sualtı təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi;

- gəmi və helikopterlərlə sərhəd axtarışının aparılması;