Həsən kişi bu istidə soba yandırır, palto geyinir


Digərləri 10 Avq 2018 15:01:00 294 0

Həsən kişi bu istidə soba yandırır, palto geyinir

"Havalar çox isti keçir, bürküdən nəfəs almaq olmur. Amma mən donuram, üşüyürəm".

80 yaşlı Həsən Yücel 6 ildir ki, yay aylarında da evində soba yandırıb qızınır.

Son.az Milliyet-ə istinadən bildirir ki, hazırda avqust ayıdır, havalar həddən ziyadə istidir. Amma Həsən kişi evdə paltoda gəzir, üstəlik, mütəmadi olaraq yanan sobaya yaxınlaşıb isinməyə çalışır.

Onun dediyinə görə, dərdinin səbəbkarı 2012-ci ildə məruz qaldığı by-pass, yəni şuntlama əməliyyatıdır.


Xəbərə aid fotolar