"Ərim deyirdi et, mən də edirdim"


Digərləri 10 Avq 2018 14:32:00 325 0

"Ərim deyirdi et, mən də edirdim"

Türkiyənin Adana və Osmaniye şəhərlərində polisin eyni vaxtda keçirdyi xüsusi əməliyyatda qanunsuz mərc şəbəkəsi çökdürülüb.

Son.az Milliyet-ə istinadən bildirir ki, 5 ay əvvəl Osmaniyenin Kadirli rayonunda qanunsuz fəaliyyət göstərən qumarxanada mərcdə uduzması barədə polisə şikayətlənən şəxsin müraciətindən sonra əməliyyat başlanmışdı. Polis qumarxanaları izləyirdi.

Dünən isə əməliyyat çərçivəsində Adanada biri qadın olmaqla 19 nəfər, Kadirlidə 9 nəfər tutulub.

Məlum olub ki, ABŞ-dakı mərc saytlarından birinin Türkiyədə klonunu yaradan şəbəkə qanunsuz mərc və qumarxana şəbəkəsi qurub.


Xəbərə aid fotolar