Dövlət İmtahan Mərkəzi ilə Bilik Fondu arasında əməkdaşlıq sazişi imzalanıb (FOTO)


Digərləri 10 Avq 2018 14:11:00 293 0

Dövlət İmtahan Mərkəzi ilə Bilik Fondu arasında əməkdaşlıq sazişi imzalanıb (FOTO)

Ölkə əhalisinin maarifləndirilməsi və təhsil alan gənclərin elmi biliklərinin artırılmasında birgə fəaliyyətin təşkili, müştərək maarifləndirici layihələrin həyata keçirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Bakı. Ölkə əhalisinin maarifləndirilməsi və təhsil alan gənclərin elmi biliklərinin artırılmasında birgə fəaliyyətin təşkili, müştərək maarifləndirici layihələrin həyata keçirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bilik Fondundan Trend-ə verilən məlumata görə, Mərkəzdə keçirilmiş tədbirdə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini Namiq Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və hər iki qurumun əməkdaşları iştirak ediblər.