"Dənizdə heç bir hərbi müdaxiləyə imkan verilməyəcək"


Digərləri 10 Avq 2018 13:01:00 248 0

"Dənizdə heç bir hərbi müdaxiləyə imkan verilməyəcək"

Bakıda "Dəniz Kuboku-2018" yarışlarının başa çatması ilə bağlı mətbuat konfransı keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə çıxış edən Hərbi Dəniz Qüvvələri komandanının I müavini Sübhan Bəkirov bildirib ki, bu yarış çox gərgin və yüksək səviyyədə keçirilib:

"Deyə bilərəm ki, yarış iştirakçıları kütləvi tədbirlərdən tam istifadə etdilər. Onlar həmçinin şəhərimizin tarixi, mədəniyyəti ilə yaxın tanış oldular və ekipajla gəmi heyətləri bu yarışlarda bilmədikləri texnikaların, silahların, döyüş hazırlığı planlarının bir-birinə ötürülməsi, öyrənilməsindən bəhrələndilər. Hesab edirəm ki, bundan sonra da keçirilən yarışlarda Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələri ancaq dostluq, texnikaların, gəmilərin döyüş hazırlığının sirlərinin öyrənilməsinə çalışacaq".