Zəif eşidən körpə ilk dəfə anasının səsini duydu


Digərləri 10 Avq 2018 12:57:00 291 0

Zəif eşidən körpə ilk dəfə anasının səsini duydu

Balaca Aleksdə adangəlmə olaraq eşitmə qabiliyyəti çox zəifdir. O, dünyaya göz açandan bəri anasının səsini eşitməyib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Liverpul şəhərinin sakini Cen Denman övladı Aleksin eşitmə problemini həll etmək üçün həkimlərə üz tutub.

Müayinə zamanı bəlli olub ki, Aleksdə eşitmə qabiliyyətinin sensonevral itkisi var.

"Alder Hey Hospital"da müayinələrdən sonra balaca Aleksin qulaqlarına kohlear implantatlar yerləşdirilib.

5 aylıq Aleks həyatında ilk dəfə olaraq anası Cenin səsini eşidib.


Xəbərə aid fotolar