Türkiyə lirəsi rekord ucuzlaşmasını davam etdirir


Digərləri 10 Avq 2018 12:21:00 283 0

Türkiyə lirəsi rekord ucuzlaşmasını davam etdirir

Türkiyə lirəsinin məzənnəsi ABŞ dollarına nisbətdə ucuzlaşmasını davam etdirir

Bakı. Azad Həsənli - Türkiyə lirəsinin məzənnəsi ABŞ dollarına nisbətdə ucuzlaşmasını davam etdirir. Trend-in məlumatına görə, lirə son sutka ərzində 10 faizdən çox ucuzlaşıb. Belə ki, bu gün səhər saatlarında 1 dollar 6,2826 lirə təşkil etsə də, daha sonra lirə bir qədər sabitləşərək dollara nisbətdə 5,8346 lirəyədək azalıb. Eyni zamanda isə 1 avro əvvəlcə 7,2264 lirə, daha sonra 6,6963 lirə təşkil edib.