Bakıda qanunsuz tikintilərlə bağlı daha çox cinayət işi açılan rayonların


Digərləri 10 Avq 2018 11:16:00 306 0

Bakıda qanunsuz tikintilərlə bağlı daha çox cinayət işi açılan rayonların

Son 6 il ərzində qanunsuz tikintilərlə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı 61, təqsirləndirilən şəxslərin sayı isə 89 olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

O qeyd edib ki, bu işlər üzrə zərərçəkmiş şəxslərin sayı 4072 nəfər, dəymiş ziyanın cəmi məbləği isə 111 625 710 manat olub: "Bu məbləğdən 48 milyon 820 min 28 manat ödənilib, 29 milyon 691 min 397 manatlıq əmlak üzərinə həbs qoyulub".