Belarusun ən böyük xəbər saytı oğru çıxdı


Digərləri 10 Avq 2018 11:04:00 339 0

Belarusun ən böyük xəbər saytı oğru çıxdı

Belarusun dövlət informasiya agentliyi olan BelTA-nın məlumatlarından icazəsiz istifadə etməkdə suçlanan bir neçə jurnalist azadlığa buraxılıb. Bu barədə Belarusun İstintaq Komitəsi məlumat yayıb.

Son.az BelTA-ya istinadən bildirir ki, azadlığa buraxılanlar arasında Belarusun ən böyük onlayn informasiya mediası olan "Tut.by"ın baş redaktoru, "TutBay Media"nın baş meneceri Marina Zolotova da var.

M.Zolotova etiraf edib, məhz onun göstərişi ilə Tut.by-ın əməkdaşları uzun müddət BelTA-nın pullu abunəsinə daxil olmaq üçün rekvizitlərdən qanunsuz istifadə ediblər.

"Bu etiraf işlə bağlı cəlb olunmuş şahidlərin ifadələri ilə də təsdiqlənir. İstintaqın gedişatına fəal yardımlarını nəzərə alaraq Marina Zolotovaya qarşı həbs qəti-imkan tədbirinin seçilməməsinə qərar verilib", - İstintaq Komitəsinin açıqlamasında deyilir.

"Cinayət işi ilə bağlı təxirəsalınmaz prosessual hərəkətlər çərçivəsi"ndə Tut.by-ın redaktoru Anna Kaltıqina, xəbər lenti meneceri Qalina Ulasik, redaktor Anna Yermaçenko və başqaları da azadlığa buraxılıb.

Tut.by rəhbərliyi ilə yanaşı, "Belorus i rınok" saytının redaktoru Aleksey Jukov, "Deutsche Welle" ilə əməkdaşlıq edən Pavel Bıkovski, BelaPAN informasiya agentliyinin rəhbəri Rina Levşina da azadlığa çıxıblar.

Eyni zamanda Realt.by, "Nauka", "Kultura i iskusstvo", "AyTiVi"nin redaksiyalarında axtarışlar aparılıb.

Cinayət işinin qaldırılmasına səbəb BelTA abunəçilərinin sayta daxil ola bilməmələri ilə bağlı sürəkli şikayətləri olub. Məlum olub ki, 2017-2018-ci illərdə BelTA-nın informasiya bazasına 15 mindən artıq qanunsuz giriş olub.


Xəbərə aid video