Bakıda 11 il əvvəl itkin düşən şəxs axtarışa verildi
Digərləri 10 Avq 2018 10:43:00 238 0
Bakıda 2007-ci ildə itkin düşən şəxs axtarışa verilib.
Son.az xəbər verir ki, bu barədə Trend-ə Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nəsimi rayonu, Vidadi küçəsi, döngə 5, mənzil 2 ünvanında yaşayan Qarayev Nadir Əhəd oğlu avqustun 8-də Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə ərizə ilə müraciət edərək qardaşı oğlu, 1964-cü il təvəllüdlü Qarayev Əhəd Adil oğlunun 2007-ci ilin yanvar ayında yaşamaq üçün Rusiyaya getdiyini və geri qayıtmayaraq itkin düşdüyünü bildirib.
Mənbə: milli.az