Burka və niqab qalmaqalı:


Digərləri 10 Avq 2018 10:28:00 414 0

Burka və niqab qalmaqalı:

"Dinlə bağlı zarafatlara görə ömürlük gəlir əldə edən biri kimi bəyan edirəm ki, Boris Consonun zarafatı yetərincə yaxşı, mənalı və gülməlidir. Həqiqətən də, çadralı və niqablı müsəlman qadınları poçt qutularına oxşayırlar"

Dünyanın ən məşşur komiklərindən biri, 63 yaşlı Rouen Atkinson Britaniyanın sabiq XİN başçısı Boris Consonu müdafiə edib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 54 yaşlı Aleksandr Boris de Pfeffel-Consonun liderlərindən biri olduğu Britaniya Mühafizəkarlar Partiyası isə sabiq nazirin naqolay "zarafat"ı ilə bağlı araşdırmalara başlayıb. Partiya bu açıqlamanı islamofob məzmunlu, yolverilməz hesab edir. Partiya B.Consondan üzr istəməyi tələb edib.

Boris Conson üzr istəməyəcəyini söyləyib.

"Blackadder" və "Mr. Bean" obrazları ilə məşhur olan R.Atkinsonsa hesab edir ki, Boris Conson üzrxahlıq etməməlidir.

"Ümumiyyətlə, dinlə bağlı bütün zarafatlar kimlərdəsə inciklik doğurur. Buna görə də belə zarafatlara görə üzrxahlıq etməyə dəyməz. Dini qaydalar və yasaqlar insanları yaradıcılıq azadlığının qarşısını alır. Boris Conson pis, mənasız zarafat etsəydi, hə, üzr istəməliydi", - Atkinson deyib.

Dünən onlarla britaniyalı müsəlman Londonun qərbindəki Hillinqdon səmtində, Boris Consonun evinin qarşısında etiraz aksiyası keçiriblər. Analoji aksiya Hillinqdondakı Mühafizəkarlar Assosiasiyasının ofisinin qarşısında da olub.

Aksiya iştirakçıları "İslamofobiyaya yox deyirik", "Rədd olsun irqçilik və islamofobiya!", "Mənim geyimim mənim seçimimdir!" şüarları yazılmış plakatlar tutmuşdular.


Xəbərə aid fotolar