Azərbaycanda iyulda gündəlik neft hasilatı 773 min barel olub


Digərləri 10 Avq 2018 10:12:00 276 0

Azərbaycanda iyulda gündəlik neft hasilatı 773 min barel olub

Azərbaycanda iyul ayı ərzində gündəlik neft hasilatı 773 min barel olub.

Energetika Nazirliyindən Son.az-a verilən məlumata görə, bunun 728 min barelini xam neft, 45 min barelini kondensat təşkil edib. Gündəlik 591 min barel xam neft, 45 min barel kondensat, 28,8 min barel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi iyul ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barel, fevral ayında 806 min barel, mart ayında 794 min barel, aprel ayında 785,7 min barel, may ayında 801 min barel, iyun ayında isə 792 min barel olub.