Avroliqada III təsnifat mərhələsinin ilk oyunları yekunlaşdı


İdman 10 Avq 2018 09:57:00 297 0

Avroliqada III təsnifat mərhələsinin ilk oyunları yekunlaşdı

UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. 


Goal.az xəbər verir ki, Avropanın müxtəlif şəhərlərində 35 qarşılaşma keçirilib.

Şerif öz meydanında İslandiyanın Valur klubunu qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarabağ Çempionlar Liqasının III təsnifat mərhələsində BATE-ni mübarizədən kənarlaşdıra bilməsə, o zaman Avroliqanın pley-offunda məhz bu cütün qalibi ilə qarşılaşacaq.