Azərbaycanda iyul ayında gündəlik neft hasilatı 773 min barrel olub


Digərləri 10 Avq 2018 09:41:00 229 0

Azərbaycanda iyul ayında gündəlik neft hasilatı 773 min barrel olub

Azərbaycanda iyul ayı ərzində gündəlik neft hasilatı 773 min barrel olub

Bakı. Azərbaycanda iyul ayı ərzində gündəlik neft hasilatı 773 min barrel olub. Bunun 728 min barrelini xam neft, 45 min barrelini kondensat təşkil edib. Gündəlik 591 min barrel xam neft, 45 min barrel kondensat, 28,8 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, iyul ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlar OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edilib. Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyun ayında isə 792 min barrel olub.