Azərbaycanın Gürcüstanla sərhədində yoluxucu xəstəliyə qarşı dezinfeksiya aparılır (FOTO)


Digərləri 10 Avq 2018 09:20:00 246 0

Azərbaycanın Gürcüstanla sərhədində yoluxucu xəstəliyə qarşı dezinfeksiya aparılır (FOTO)

Bu il ölkədə 2 442 699 baş iribuynuzlu heyvan nodulyar dermatit xəstəliyinə qarşı peyvənd olunub

Bakı. Gürcüstan Respublikasının Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyar dermatit xəstəliyinin yayılması ilə əlaqədar qonşu ölkədən gətirilən yüklərin boşaldılma yerləri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yerli qurumları tərəfindən kimyəvi maddələrlə dezinfeksiya edilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, bu tədbir Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək iti yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə aparılır.