"WhatsApp"ın təhlükəli zəif nöqtəsi aşkarlanıb


Digərləri 10 Avq 2018 08:52:00 248 0

"WhatsApp"ın təhlükəli zəif nöqtəsi aşkarlanıb

"Check Point Research" tədqiqat kompaniyasının mütəxəssisləri "WhatsApp" messencerinin təhlükəli zəif nöqtəsini aşkar edib. Onun vasitəsi ilə məlumatların mətnini dəyişmək olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, servisin təhlükəsizlik sistemindəki boşluq hakerlərə həm istifadəçilərin şəxsi yazışmalarında, həm də qrup çatlarında məlumatlarla manipulyasiya etməyə imkan verir. Bu, "WhatsApp"ın mobil və veb-versiyalarında məlumatları sinxronlaşdırmaq üçün nəzərdə tutulan alətlərdəki zəif nöqtə sayəsində mümkündür.